Növbəti əfv böyük humanizmin göstəricisidir

“Cənab prezident İlham Əliyev bu gün imzaladığı əfv sərənacamı ilə yüzlərlə ailəni sevindirdi”.

Bunu  danışan deputat Cavanşir Paşazadə bildirib.

 

Deputat qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfədir bu qədər böyük sayda insan əfv olunur:

“Cənab prezidentin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam 801 nəfərə şamil olunub. Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm siyasəti bu gün cənab prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən əfv sərəncamı onun əziz xatirəsinə dərin hörmət və ehtiramın ifadəsidir. Ümumiyyətlə imzalanan bütün əfv sərəncamları dövlət başçımızın vətəndaşlarımıza qayğısının təzahürüdür. Əminəm ki, bu gün əfv olunan şəxslər cənab prezidentin bu humanist addımını düzgün qiymətləndirəcək, bundan sonrakı həyatlarını qanunun aliliyini dərindən dərk edərək cəmiyyətimiz və dövlətimiz üçün daha faydalı işlərlə məşğul olacaqlar”.