Masallıda baxça açılışı

Masallıda açılışını etdiyimiz inzibati binalardan biri 140 nəfərlik uşaq baxçası idi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn Masallı şəhərində yerləşən 4 saylı baxçada uşaqların təlim-tərbiyəsi və istirahəti üçün hər bir şərait yaradılıb. Baxçanın tikilib-istifadəyə verilməsi uşaqların təlim-tərbiyəsi, istirahəti ilə yanaşı, həm də rayon sakinləri üçün iş yerləri deməkdir. Rayonlarda yaşayan iş adamları qeyri-neft sektorunun inkişafı üçün öz töfhələrini verməlidir.

Açılışda Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov və aparatı, həmkarlarım – Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkishili , millət vəkilləri Musa Qasımlı, Cavanşir Paşazadə, Anar İsgəndərov, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Məşhur Məmmədov

Milli Məclisin deputatı