Heydər Əliyevə sonsuz minnətdarıq

“Heydər Əliyev yaxın tarixin çox vacib siyasi fiqurudur. Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması həm də onun sayəsində mümkün olub”.

Bunu  Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Yuri Kamelçuk bildirib.

“Rusiya yanacaq qiymətlərini artırmağa başladığı və Ukraynaya tədarükü dayandırdığı 1997-ci ildə Azərbaycanın köməyi ilə Ukrayna məhsul yığımını həyata keçirə bilmişdi. Biz bunu unutmarıq. Heydər Əliyev digərləri üçün nümunə olan müasir Azərbaycanın qurucusudur”, – deyə o vurğulayıb.

Y.Kamelçuk Heydər Əliyevə minnətdar olduqlarını əlavə edib:

“Biz Rusiya ilə müharibədə Azərbaycanın göstərdiyi köməyi unutmuruq və hər zaman bir-birimizə kömək edəcəyik. Ölkələrimiz arasında etimadın bu qədər yüksək səviyyədə olmasına görə Heydər Əliyevə sonsuz təşəkkür edirik”.