“Xankəndi şəhərində fəaliyyət göstərən beynəlxalq qurumlar Azərbaycan dövləti ilə işləməlidir” Vahid Əhmədov

“Xankəndi birmənalı şəkildə Azərbaycanın ərazisidir və burada ermənilərin yaşamağına baxmayaraq, onlar da bizim vətəndaşlığı qəbul etməlidirlər. Başqa yolları da yoxdur. Düşünürəm ki, yəqin oradakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib dinc yaşayacaqlar”.

Bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Xankəndi şəhərində fəaliyyət göstərən beynəlxalq qurumlar da Azərbaycan dövləti ilə işləməlidir:

“Azərbaycan dövləti ilə mütəmadi təmaslar qurmalıdırlar, çünki Qarabağ Azərbaycan ərazisidir. Əlbəttə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan ərazisi olan Qarabağda erməni icmasının olduğu Xankəndi şəhərindəki ofisinin Ermənistana deyil, Azərbaycana bağlı olmalıdır. Çünki Xankəndi Azərbaycanın qanuni ərazisidir və BMT tərəfindən öz ərazimiz kimi tanınıb”.