Deputatdan TƏKLİF

Azərbaycanda univertetlər və kolleclər fəaliyyət göstərir. Ancaq kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ tanınmır.

Bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, kollec tələbələri təhsillərini yarımçıq qoyub hərbi xidmətə gedir və bir çoxu qayıtdıqdan sonra təhsillərini davam etdirmir.