Milli Məclisin bir qrup deputatı tədbirdə

Bu gün Milli Məclisin bir qrup deputatı Azərbaycan Xəzər Dəniz Gəmiciliy QSC-nin təşkil etdiyi Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədi sevgi” adlı tədbirdə iştirak etmişdir.
Tədbirə qatılan deputat İqbal Məmmədov açıqlama vermişdir:
“Tədbirdə “Küçələrə su səpmişəm” xalq mahnısının əsasında “Prezident Heydər Əliyev” tankeri və “Zərifə Əliyeva” gəmisində çəkilən video-klipin təqdimatı oldu .Həmçinin, “Prezident Heydər Əliyev” və “Zərifə Əliyeva” gəmi-bərələrinin poçt markaları, “Ulu öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti” adlı kitab da təqdim edildi.
“Əbədi sevgi” tədbiri çərçivəsində Ümummili Lider Heydər Əliyev və Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu və zəngin fəaliyyətinə həsr olunmuş foto-sərgini maraqla izlədik.”- Deputat bildirmişdir.