Emin Hacıyev Ulyanovskda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edib -Fotolar

Xəbər verdiyimiz kimi may ayının 10-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Milli Məclisin deputatı Emin Hacıyev  Rusiya Federasiyasının Ulyanovsk şəhərində silsilə tədbirlərlərdə iştirak edib.
XALQ.AZ xəbə verir ki, Milli Məclisin deputatı Emin Hacıyev Ulu Öndərin Ulyanovskda ucaldılmış heykəli qarşısında keçirilən Ulyanovsk vilayətinin və şəhərinin rəhbərliyi, vilayət Dumasının rəhbərliyinin və üzvlərinin iştirakı ilə keçirilən rəsmi mərasimi istirak edib .
Ulyanovsk şəhərinə səfəri çərçivəsində “Qubernatorskiy” Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramında iştirak edib.
Konsertdə görkəmli bəstəkar, opera və estrada müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin repertuarından olan musiqilər Rusiyanın “Bolşoy Teatrının” solisti Konstantin Suçkovun ifasında “Qubernatorskiy” Ulyanovsk Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə səslənmişdir.
Ulu Öndərin həyatını və müxtəlif dövrlərdə siyasi fəaliyyətini əks etdirən videosüjet konsert iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Həmçinin  Ulyanovsk şəhərinə səfəri çərçivəsində Rusiyanın “Vesti” kanalına müsahibə verib.
Müsahibədə də qeyd etdilib ki,  kimi Rusiya ilə dostluq münasibətlərimizin qurulmasında Ulu Öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Bu gün ölkələrimiz arasındakı münasibətlər dövlət başçımızın səyi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb.