“Beşiktaş” – “Sabah” matçında hesab bərabər oldu

Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilir.

XALQ.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı baş hakim Tural Qurbanov idarə edib. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetiriblər.

Oyun  3:3 hesabı ilə bitib.

Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.