“Avroviziya 2023”-də Lorin qalib oldu-Video

Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsi başa çatıb.

XALQ.AZ  xəbər verir ki, Liverpulda keçirilən yarışmada İsveçi təmsil edən müğənni Lorin “Tattoo” mahnısı ilə qalib olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq Finlandiya və İsrail tutub.

Qeyd edə ki, ölkəmiz ən yüksək 12 xalı İsrailə verib.

Mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni İTV-nin aparıcısı Nərmin Salmanova təqdim edib.

Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər.