Milli Məclisdə görüş-Fotolar

Mayın 15-də Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Xorvatiya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

XALQ.AZ xəbə verir ki, Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva Xorvatiya parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr inkişaf etməkdədir. Bu günə qədər Azərbaycan ilə Xorvatiya arasında 20-dən artıq sənəd imzalanıb. O, ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə dair imzalanmış Zaqreb Bəyannaməsini xüsusi vurğulayıb.
Könül Nurullayeva qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolunu vurğulayaraq parlament dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrdən bəhs edib.
Görüşdə çıxış edən Xorvatiya parlamentinin sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Davorko Vidoviç ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə toxunub, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün görülə biləcək işlərdən bəhs edib.
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Rauf Əliyev, Vahid Əhmədov, İltizam Yusifov çıxış edərək iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
Sonra söhbət qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Görüşdə Milli Məclisin komissiya sədri, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar Quliyev, işçi qrupunun üzvü Qüdrət Həsənquliyev, Xorvatiya parlamentinin Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Azərbaycanla dostluq qrupunun üzvü Erik Fabiyaniç, dostluq qrupunun üzvləri İvan Çeliç, Lyubitsa Maksimçuk, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və digər rəsmi şəxslər iştirak ediblər.