Piyada səkiləri parklanmanın işğalında – BNA bunu görmürmü?

Bakıda səkilərin avtopark kimi istifadə edilməsi ənənə halını alıb. Xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığı varsa səkilərdə maşınlar üçün yer ayrılır. Bakı Nəqliyyat Agentliyinin illərdir göz yumduğu bu hal o qədər adiləşib ki, istənilən şəxs piyada səkisində özü üçün parklanma açıb, pul yığır.

Bakının Yasamal rayonunda belə problem daha çox yaşanır. Belə ki, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən “75 restoran”ın qarşısında günün istənilən vaxtı avtomobillər park edilir.
Restoranın yerləşdiyi binanın yaxınlığında parkinq yerləri var, amma heç kim əlavə 30 metr yol getmək, yolun qarşı tərəfinə keçmək istəmir.
Sakinlərin BNA-ya etdiyi müraciətləri də işə yaramır. Tədbir görüləcəyi deyilsə də, vəziyyət uzun müddətdir ki, olduğu kimi qalıb.