Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb – YENİLƏNİB

Elm və təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində olan idman müəssisələrinin Gənclər və İdman Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı sualı cavablandırıb.

Bu barədə nazir keçirdiyi brifinqdə danışıb. O qeyd edib ki, idman müəssisələrindəki problem genişdir və cəmiyyətin problemidir: “Bu məktəblərin mahiyyəti ilk növbədə peşəkar idmançı yetişdirmək deyil. Bu, onun üçündür ki, uşaqlar məktəbdən sonrakı boş vaxtlarında gedib orada məşğul olsunlar. Təbii ki, peşəkar idmançılar da onların arasından çıxır. Lakin hər iki qurumun tabeliyində olan belə müəssisələrinin əsas məqsədi Azərbaycan xalqına xidmət etməkdir”.

 

“Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın “PİRLS 2021″in nəticələri açıqlanıb. Bu tədqiqat COVID təsirlərini ölçməyə yönəlib. Gözlənildiyi kimi qlobal təhsil nəticələrində geriləmə müşahidə edilib”.

Bu barədə keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev danışıb.

Nazir qeyd edib ki, Azərbaycan da daxil olmaqla 65 ölkə arasında qiymətləndirmə keçirilib: “Ümumilikdə 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb”.

Onun sözlərinəı görə, COVID-in təsirləri təhsilə ciddi təsir edib: “2026-ci ildə keçiriləcək növbəti “PİRLS”in nəticələri açıqlananda biz biləcəyik ki, itirdiklərimizi bərpa etmişik, ya yox. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb”.