Rusiya Ukraynada 200 mindən çox itki verib

Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilərin yeni siyahısı açıqlanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

İtkilərin bu şəkildə olduğu bildirilir:
3771 tank
7365 zirehli döyüş maşını
3166 artilleriya sistemi
562 reaktiv yaylım atəşi sistemi
318 hava hücumundan müdafiə vasitələri
308 təyyarə
294 helikopter
2748 PUA
982 qanadlı raketlər
18 qayıq/gəmi
6067 nəqliyyat vasitələri və yanacaq çənləri
417 xüsusi avadanlıq

Bildirilib ki, Rusiya tərəfi təxminən 200 590 nəfər (son sutkada 610 nəfər) insan itkisi verib.