İldırım Məmmədov kimlər həbs etdirir? Əmlak məsələləri Dövlət Komitəsində törədilən cinayətlər

Əmlak Məsələləri Dövlət Xidmətində korrupsiyanın başında duran “Tarqovı”da, Mərkəzi Univermaqda  qızıl  mağazaları olan xidmət rəisinin müavini Elçin Yusubovun və onun himayəsində milyonlar qazanan Taleh Bəşirovun, Eldəniz Qafarovun gecələrinin ərşə çəkilməsinə səbəb nədir?…

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində  baş verən qanunsuz əməllərlə bağlı yazıya keçməzdən  əvvəl yazıda adı keçən şəxslər  barəsində qısa məlumat verək:

Mətin Balasən oğlu Eynullayev- Dövlət Xidmətinin rəisi, Elçin Mustafa oğlu Yusubov – Xidmətin rəis müavini,  Eldəniz Qəzənfər oğlu Qafarov – Xidmətdə “Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavinidir, həm də şöbə müdiri vəzifəsini icra edir,  Taleh Arif oğlu Bəşirov – Xidmətdə “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edir”. İndi isə keçək əsas mövzuya. 

Onu da qeyd edək ki, Eldəniz Qafarov əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində “Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi”nin direktorunun müavini vəzifəsində işləyib.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin  iyun ayında Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən İldırım Məmmədov, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov və qurumun bir neçə rayon şöbəsinin müdiri saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Amma… 

Əmması odur ki, bu hadisələr ilə bağlı işin başında Elçin Yusubov durur. Onun xəbəri olmadan yuxarıda tutulan insanların hər hansı bir cürəti çatmazdı ki, qanun pozuntusu etsinlər. Dövlət Əmlak Xidmətinin “Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya” şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbəri olmadan onun tabeçiliyində olan şəxslər bu boyda cinayət əməllərinə yol verə bilməzdilər.

Yəni bütün bu cinayət əməlləri Eldəniz Qafarovun göstərişi ilə baş vermişdi. Həm də İldırım Məmmədov birbaşa Eldəniz Qafarovun kadrıdır. Hətta bəzi məlumatlara görə, istintaq zamanı Eldəniz Qafarov da sorğu-sual edilib. Amma o həbs olunmaqdan xilas ola bilib.

Eldəniz Qafarovla şərikli biznesi olan, Xidmətin rəis  müavini   Elçin Mustafa oğlu Yusubovun Tarqovıda və Mərkəzi Univermaqda qızıl mağazaları var. Onu da qeyd edək ki, Elçin Yusubov  İldırım Məmmədov  həbs olunmayanadək  hətta öz rəisi Mətin müllimi də saymırmış. Amma İldırımın həbsindən sonra  Elçin Yusubov Mətin müəllimə yaxınlaşmaq üçün yollar  axtarır. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir.

Şəmkirdən olan sakinlər deyir ki, Eldəniz Qafarov nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb. Və  kiməsə  1 saxta  sənəd vermək üçün az qala 1 “meşok” rüşvət  alır. Eldəniz  Qafarov rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib. Onun Şəmkirdə  bazarı da var. Elçin Yusubovun şəriklərindən biri də Talehdir. Söhbət  Xidmətdə “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən  Taleh Arif oğlu Bəşirovdan gedir. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib.

Taleh Bəşirovun  Sumqayıtda “Yaşıl dərə”  deyilən ərazidə  vaxtilə kiçik bir evi var idi, indi  onu sökərək  yerində milyonluq villa tikir. Bu yaxınlarda ona  Range Rover  avtomobili bağışlayıblar.

Bəli, Əmlak Xidmətində çalışdığı qısa müddətdə Taleh Bəşirov milyonlara sahib olub.

Taleh Bəşirova bu yaxınlarda kim və nə üçün son model Range Rover  bağışlayıb..? Sürdüyü maşını indiki dövlət qulluğu ilə almaq qeyri mümkündür. O, isə bu cür bahalı maşını ona hədiyyə olunduğunu bildirir.

Xidmətin tutulmuş əməkdaşları məhkəmədə dilə gələrək onlara göstərişin yuxarıdan verildiyini tələb etdikdə E. Yusubov cənabları necə canını qurtaracaq?…

Xidmətin səkkiz ərazi şöbəsinin müdirləri torpaqlara rəy verilməsi tapşırığını xidmət rəisinin müavini E. Yusubovdan onun kurasiyasında olan T.Bəşirov, söhbət Eldəniz Qafarovdan aldığı halda bu yoldaşlar məsuliyyəti boyunlarından atırlar.

Necə ki, içəridə olan səkkiz ərazi şöbəsi müdirləri çöldəki yoldaşlara xəbərdarlıq göndərir.

Bu və diqər məslələrlə bağlı adı çəkilən şəxsləri nə qədər axtarsaqda heç birini tapa bilmədik. Tükürpədici məlumatları növbəti yazımızda açıqlayacağıq. Bizi izləyin. Gündəlik Bakı