“Azərbaycan bölgədə sülhün olmasını istəyir” – Deputat

“Azərbaycan sülh prosesinə töhfə vermək istəyən bütün dövlətlərlə əməkdaşlığa hazırdır. Söhbət ondan gedir ki, Azərbaycan bölgədə sülhün olmasını istəyir və bunun üçün də lazımi bütün addımları atır”. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu gün Amerika, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə prosesin tənzimlənməsinə çalışır: “Hesab edirəm ki, Moskvada üçtərəfli görüşün keçirilməsinin nəzərdə tutulması da ümumi prosesə öz müsbət töhfəsini verə bilər. Azərbaycan hər zaman sülh danışıqlarında fəal iştirak edib. Hazırda isə zənnimcə sülh məsələsində məsuliyyət daha çox Ermənistanın üzərinə düşür. Ermənistana öz baxışını dəyişməsi üçün təzyiqlər edilməlidir. Bu gün biz Ermənistandan sülh müqaviləsinin imzalanması ilə əlaqədar real addımlar gözləyirik”.