Prezident bu sazişi TƏSDİQLƏDİ – YENİLƏNİB

“Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” 2023-cü il fevralın 23-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.
 Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.