Qubada Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Bu gün  Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Quba şəhərindəki Heydər Əliyev Mərkəzində  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar  Muradova, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Əli Həsənov,  Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri, DTX-nin rayon şöbəsinin rəisi və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin  məsul şəxsləri, şəhid ailələri və qazilər, YAP Quba rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Heydər Əliyevin həyat və mənalı ömür yolundan ətraflı danışılıb. 

Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında  dahi şəxsiyyətin abidəsi ziyarət olunub.