ABŞ və Azərbaycan münasibətləri inkişaf etməkdədir

Bildiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Prezidenti cənab İlham Əliyevi təbrik edib.  ABŞ-Azərbaycan münasibətləri haqqında Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə, bütün dünyaya bəllidir ki, Azərbaycanın beynəlxalq gücü, siyasəti və nüfuzu ildən-ilə artır: “Dünyanın ən nəhəng prezidentləri Azərbaycan Prezidentinə, onun sözlərinə və siyasətinə diqqətlə yanaşırlar. Bu da onun parlaq təzahürüdür ki, dünyanın ən nüfuzlu ölkəsinin prezidenti cənab İlham Əliyevə məktub yollayaraq təbrik edib. Düzdür, demək olmaz ki, onlar bizi hər məsələdə dəstəkləyirlər. Amma bir çox məsələdə ABŞ Azərbaycanı dəstəkləyir”.

Rüfət Quliyev sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, ABŞ-də təxminən 600 min erməni yaşayır və bu ermənilərin ABŞ-də rolu kifayət qədər çoxdur. Buna baxmayaraq yenə də ümumi şəkildə götürdükdə ABŞ və Azərbaycan münasibətləri inkişaf etməkdədir”.