Səkilərlə bağlı növbəti rəzalət – indi də şlaqbaum qoydular…

Bakı Nəqliyyat Agentliyi daha bir piyada səkisinin parkinq xidməti üçün zəbt edilməsinə göz yumur. Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində piyada səkisini zəbt edib avtomobil dayanacağı kimi istifadəyə veriblər.

Piyada səkisinə şlaqbaum da qoyulub.

“ABU Arena”nın qarşısı indi avtomobil parkinq yeri kimi istifadə edilir. Sözügedən yer işlək olduğundan hərəkət zamanı problem yaranır. Paytaxtın sözügedən ərasizində bir neçə üniversitet yerləşir. Tələbələrin dərsdən çıxdığı zaman səkidə hərəkət etmək mümkün olmur. Səkinin zəbt edilməsi qanunsuz olsa da, avtomobil dayanacağını işlədən şəxslər sürücülərdən pul da tələb edir.

Sakinlər məsələ ilə bağlı BNA-ya müraciət etdiklərini bildiriblər.