Şahin Seyidzade görüş keçirdi

Şahin Seyidzade görüş keçirdi İçərişəhər DTMQİ İdarə heyətinin sədri Şahin Seyidzadə ikinci Yüksəliş müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri Arzu Tairguliyeva-Naghiyeva ilə növbəti görüş keçirib. Görüşdə karyera planlaması müzakirə edilib, tövsiyələr verilib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, növbəti bir ay üçün fəaliyyət proqramı planlaşdırılıb. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bir 1 nəfər və dərs oxuyur şəkili ola bilər