Müşviqabad sakinləri ilə növbəti görüş

23 may 2023-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qaradağ RİH-in məlumatına görə, qəbulda Qızıldaş qəsəbə sakinləri, həmçinin Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 150-ə yaxın qəsəbə sakini iştirak edib.

Sakinlərdən 8 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.