“Onlarla bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub” – Nazir müavini

Yaxın vaxtlarda Azərbaycanda qanunsuz mərc oyunlarının fəaliyyəti məhdudlaşdırılacaq.
Bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Onlarla bağlı bir müddət əvvəl aidiyyəti dövlət qurumlarına müraciət olunub. Qeyd edim ki, “Qanunsuz katalizator qumar oyunlarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi və “Azərlotereya”ASC tərəfindən qanunvericiliyə dəyişiklik edilib”, – deyə E.Əliyev əlavə edib.