“Bu, tarixi məqamdır və qaçırılmaması lazım olan bir impulsdur” – Leyla Abdullayeva

Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsi imzalana bilər.
Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva danışıb.
Səfir bildirib ki, Avropa Siyasi Birliyinin (CPE) iyunun 1-də Moldovada keçiriləcək növbəti iclasında yeni potensial həlledici müzakirələr aparılacaq, bunun nəticəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.
“Biz ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh sazişi imzalanacaq. Bu, tarixi bir məqamdır və qaçırılmaması lazım olan bir impulsdu”, – Leyla Abdulayeva Parisdə jurnalistlərə bildirib.