Litvada Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və qrupun üzvü Rasim Musabəyov mayın 29-da Litva Respublikasının paytaxtı Vilnüs şəhərinə səfər edəcəklər.
Deputatlar burada Azərbaycanın 28 May – Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək, həmçinin Litva Seymində həmkarları ilə görüşlər keçirəcəklər.
Səfər iyunun 2-də başa çatacaq.