Mürsəl İbrahimov Şəmkirdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 23-ü saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların iyunun 19-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.