Bu tv-lərə bildirişlər göndərildi

“Tovuzda 13 yaşlı qızın itkin düşməsi hadisəsinin işıqlandırılması zamanı yeniyetmənin hüquqlarını pozan audiovizual media subyektlərinə bildirişlər göndərilib”.

Bunu Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin hadisənin işıqlandırılması zamanı bir neçə audiovizual media subyektinin pozuntulara yol verdiyi müəyyən olunub.

Həmin audiovizual media subyektlərinə bildirişlər göndərildiyini bildirən aparat rəhbəri hazırda da monitorinqlərin davam etdirildiyini vurğulayıb.