“Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram” – Kənan

Kinorejissor, aktyor Kənan Mahmudov (MM) Mədəniyyət Nazirliyinə müraciət edib.
O, feysbuk hesabında nazirliyə müraciətində qeyd edib:
“Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”,- deyə o bildirib.
Aktyorun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.