Keçmiş məhbus: “Dedilər ki, çılpaq ol, sənin bütün bədəninin şəklini çəkək”

“Me too_movement_İran” adlı “Twitter” səhifəsi keçmiş məhbusların həbsxanada soyundurulduqları haqqında paylaşım edib.
Bu barədə “Azad İran” Teleqram kanlı məlumat yayıb.
Keçmiş məhbus qadınlardan Zeynəb Zamani, Naibə Şəmsi və hüquq müdafəçisi Müjgan Keşavərzin 4 il öncə həbsxanada məruz qaldıqları qeyri-etik hərəkətlər barədə məlumat verilib.
Qadın hüquq müdafiəçisi Müjgan Keşavərzin bildirib ki, zindanda məmurlar onun şəklini çəkmək və yoxlamaq üçün tamamilə çılpaq soyunmağa məcbur ediblər:
“Mobil telefonların keçirilməməsindən əmin olmaq üçün biz tam soyundurub yoxlayırdılar”.
Keçmiş məhbus qadınlardan biri isə bunları deyib:
“Dedilər ki, çılpaq ol, sənin bütün bədəninin şəklini çəkək. Buradan gedəndən sonra mənə işgəncə verdilər deməyəsən. Əllərimlə bədənimin ayıb yerlərini örtdükdə, məmur qışqırırdı ki, əllərini çək”.
BakuPost