İçərişəhərdə festival keçiriləcək.

İyunun 1-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş Unudulmaqda olan uşaqoyunları  festivalı keçiriləcək.
XALQ.AZ xəbər verir ki, Festivalda uşaqlar Azərbaycan xalqının folklor nümunəsi kimi illərin sınağından keçərək yaşadılan, xalqımızın milli yaddaşını özündə əks etdirən müxtəlif xalq oyunlarının mənşəyi və məzmunu barədə daha ətraflı məlumat alaraq, həmin oyunlarda iştirak edə biləcəklər.
Tədbirdə fərdi qaydada oynanılacaq “Beş Daş”, “Dəyirman”, “Usta-şagird”, “Çilingağac” və “Fincan-fincan” üzrə yarış da təşkil olunacaq.