Rusiya ordusu Kiyevi raket və pilotsuz təyyarələrlə atəşə tutub

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya ordusu iyunun 1-ə keçən gecə Kiyevi raket və pilotsuz təyyarələrlə atəşə tutub.
Raket hücumu nəticəsində ikisi uşaq ilmaqla 3 nəfər ölüb, ondan çox yaralı var.
Kiyev şəhər hərbi administrasiyası Teleqramda yazıb ki, öldürülən uşaqlardan biri 5-6, digəri isə 12-13 yaşlarında olub.
Kiyev meri Vitali Kliçko isə bildirib ki, 14 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya aparılıb.
2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlayan Rusiya son həftələrdə Ukraynadakı hədəflərə hücum etmək üçün kamikadze dronlardan, eləcə də bir sıra qanadlı və ballistik raketlərdən istifadə edir.
BBC yazır ki, Kiyev ciddi şəkildə hədəfə alınıb və analitiklər hesab edirlər ki, Moskva Ukrayna hökumətinin aylardır planlaşdırdığı çoxdan gözlənilən əks-hücum əməliyyatı öncəsi Ukraynanın hava hücumundan müdafiəsini tükəndirməyə və zədələməyə çalışır.

 

yeniavaz.com