Zelenski Moldovadadır

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Moldovaya səfər edib.  Bu barədə məlumatı “Kommersant” yayıb.

Zelenskinin sözügedən sammitdə iştirak edəcəyi əvvəlcədən elan edilməyib.

Xatırladaq ki, bu, Avropa Siyası Birliyinin sayca ikinci sammitidir. İlk tədbir ötən il Praqada keçirilib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında danışıqların baş tutacağı gözlənilir.