“28 Mall”un qarşısındakı yolda maşınlar park edilir

Azadlıq prospekti “28 Mall”un qarşısındakı ən işlək yol avtomobillərlə zəbt edilib. Avtomobillərin intensiv hərəkət etdiyi yolda işıqforun altında maşınlar park edilib.

Sözügedən yolda işıqforun altı, düz piyada zolağının üstü uzun müddətdir ki, zəbt edilib. Həmin yerdə reklam xarakterli minik avtomobili gün ərzində hərəkət etmədən dayanır. Onsuz da yolun dar olması və piyadaların da çox hərəkət etdiyi yolda avtomobillərin saxlanılması əlavə problem yaradır.
Bir neçə gündür ki, həmin yerdə avtomobil saxlayanlar artıb. Maşın yolu olsa da, gün ərzində sözügedən yer, işıqforun altı avtomobil dayanacağı kimi istifadə edilir.