“İRŞAD ELEKTRONİKS”İN MÜŞTƏRİSİNDƏN ŞİKAYƏT

Şikayətim “İrşad Electroniks”dəndir. Servisə komputer vermişdim, qaytaranda adaptorun şunurunu vermədilər ki, siz bizə verməmişdiniz. Nə qədər dil tökəndən sonra dedilər ki, kameraya baxıb 4 gündən sonra sizə xəbər edəcəyik. 4 gündən sonra getmişəm, indi də şunuru qaytarıb amma üstündəki 3-lü vilka yoxdu.

Bu barədə yazam şikayətçi Fərid Ağazadə “İrşad Elektroniks”in servisindən indi də adaptorun digər hissəsini ala bilmir:

“İndi də deyirlər ki, adaptoru təhvil aldıq, vilkanı yox. 1-ci dəfə də deyirdilər şunur yoxdu. Deyirəm hanı, deyir verməmsiz. Kamera görüntüsünü göstərin deyirəm, deyir hələ gəlməyib.

Gəlməyibsə şunuru necə tapdılar? İşçiləri də məsləhət görür ki, 3 manatdı da, gedin alın. Deyirem, axı sizdən aldığım orginaldı. Sarıcı deyir, elə bilirsiniz orginaldı?. Bu qədər qeyri-peşəkarlıq olmaz”.