Daxili işlər orqanlarında yeni kadr təyinatı

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis mayoru Əhməd Məlikov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, Ə.Məlikov bu təyinata qədər Xətai RPİ-nin 37-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb.