3 fərqli qurum bir binada

Lənkəranda 3 fərqli qurum eyni binada yerləşir.
Bura həkim məntəqəsi, kənd ərazi icra nümayəndəliyi və bələdiyyə daxildir.
Məntəqə 1990-cı ildə tikilərək sakinlərin istifadəsinə verilib. Əvvəllər binada 12 otaq olub. 33 il ərzində baxımsız qalan binada otaqlar bərbad vəziyyətə düşüb.
Hazırda məntəqədə çalışanların iki otaqdan istifadə etdiyi və 3000 yaxın əhaliyə tibbi xidmət göstərdiyi bildirilir.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: