Bərdənin İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə töhmət verildiyi bildirilir. 

Məlumata görə, buna səbəb icra başçısının rayonda qanunsuz tikililərə göz yummasıdır.

Bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin rayonlara nəzarət şöbəsi keçirdtdiyi birgə yoxlaması zamanı Bərdədə çoxsaylı qanunsuz tikililər aşkarlandığı iddia olunub.

 

Bərdə rayon icra Hakimiyətinin başçısı Vidadi İsayev  XALQ.AZ-a açıqlamasında bildirib ki, belə məlumatları kim və nə üçün yazır bilmirəm amma belə hal olmayıb. Hal- hazırda Bərdədə yenidəqurma və abadlıq işləri aparılır heç bir qanunsuz tikili yoxdur,birgə  komissiya tərəfində müntəzəm baxış keçirilir.  Qeyd edək ki, Vidadi İsayev prezidentin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 


media-ads-728x90

Bənzər xəbərlər