Məşhur aktyor Azər Baxşəliyev vəfat etdi?
Aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.
XALQ.AZ xəbər verir ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.
A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi, donor axtarılırdı.
Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb.
***
Məlumat:
Aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
“Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”, – deyə o əlavə edib.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.