3,9 ton kolbasa məhsulu məhv edildi

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, “Hicaz 313” MMC-nin istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında iki adda, ümumi çəkisi 3,9 ton kolbasa məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.