4 nəfər suda boğuldu

Su

Azərbaycan ərazisində 4 nəfər eyni gündə fərqli yerlərdə suda boğulub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, avqustun 17-də Bakı şəhər sakini Elşad Alməmmədov Pirşağı çimərliyində, avqustun 18-də Bərdə rayon sakini Miryaqub Qarazadə Ağcabədi rayonunun Qaravəlli kəndində Yuxarı Qarabağ kanalında çimərkən, Quba rayonunun Qaraçay kənd sakini Həzrət Səlimov kənddəki göldə çimərkən, Quba şəhər sakini Əliağa Əliyev Xaçmaz rayonu Muxtadır qəsəbəsində dənizdə çimərkən suda boğulublar.

Onların dördünün də meyiti çıxarılıb.