44 günlük müharibədə Ali Baş Komandanın rolu – Deputatın şərhi

“44 günlük müharibədə qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti və şəhadəti şərəf sayan əsgərimizin anasının, bacısının vəhdəti hesabına qazanıldı”.
Xalq.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev vətən müharibəsində qələbənin əldə olunmasında Prezident İlham Əliyevin rolunun əhəmiyyətini şərh edərkən deyib.
Deputat bildirib ki, orduda aparılan islahatlar, müasir texnologiyalardan istifadə edərək ordunun qurulması və hibrid müharibə üçün milli kadrlarımızdan istifadə edilməsi, müxtəlif dövətlərin ən müasir silahlardan yararlanmaq məhz prezidentin birbaşa göstərişi və nəzarəti altında həyata keçirilən proseslər idi:
“Bundan başqa, hərbi sənaye kompleksinin inkişafı və bunun Azərbaycanda istifadəsi çox mühüm məsələ idi. Digər məsələ milli kadr potensialının istər NATO, istərsə də digər standartlarına uyğun yetişdililməsi birbaşa prezidentin göstərişi ilə həyata keçilib”.
Arzu Nağıyev hesab edir ki, ən mühim məsələlərdən biri informasiya müharibəsi idi:
Arzu Nağıyev: Ermənistanda seçki öncəsi siyasi böhran daha da dərinləşəcək - AZƏRTAC
“4 dildə informasiya müharibəsini aparmaq və bunun önündə getmək, eyni zamanda bütün dünyaya Azərbaycanın haqq səsini çatdırmaq məlum məsələdir ki, prezidentin qətiyyətli çıxışları nəticəsində oldu. Bundan sonra beynəlxalq səviyyədə böyük tribunalardan Azərbaycanın haqq səsini çatdırmaq, dünya ölkələrinə çağırış edərək bizə mane ola biləcək dövlətlərin qarşısını almaq, istər müsəlman dünyasında, istərsə də Qərbdə Azərbaycanın ədalətli mübarizəsinə dəstək qazanmaq, ərazi bütövlüyünü qorumaq, 30 il işğal altında olan torpaqları azad etmək çox vacib idi. Azərbaycan Prezidenti bunu bütün dünyaya çatdıra bildi”.
Deputat bunun düşünülmüş siyasət olduğunu bildirib:
“Müzəffər Ali Baş Komandan kimi Prezident İlham Əliyev öz üzərinə düşən funksiyanı ən yüksək səviyyədə yerinə yetirdi. Düşünürəm ki, prinsipiallıq, qətiyyət, milli dəyərlərə söykənmək və eyni zamanda dostun dost, düşmənin düşmən olduğunu ortaya qoya bilmək bacarığı prezidentin sayəsində oldu. 44 günlük müharibədə əsas qələbə faktorları məhz bunlar idi”.