“600-dən çox qaziyə əlillik təyinatı aparılıb” – Nazir

“Postmüharibə dövründə sosial dəstək tədbirləri şəhid ailəsi üzvləri, Vətən müharibəsi qaziləri və yaxınlarından ibarət artıq 23 mindən çox şəxsi əhatə edib”.
XALQ.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin kollegiya iclasında bildirib.

S. Babayevin sözlərinə görə, şəhadətləndirilmiş 600-dən çox qaziyə əlillik təyinatı aparılaraq sosial ödənişlər təyin olunub. Həmçinin reabilitasiya mərkəzlərində qazilərin sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

Nazir bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini deyib.