620 vəkilə döş nişanı təqdim olunacaq

Azərbaycanda vəkillərin peşə bayramı ilə əlaqədar olaraq, döş nişanı təsis edilib.

XALQ.AZ xəbər verir ki, bunu  Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, döş nişanları, ümumilikdə, 620 nəfərə təqdim olunacaq: “Bu döş nişanları çox bahalıdır. Bunların hazırlanmasına Vəkillər Kollegiyası tərəfindən bir manat belə sərf olunmayıb. Döş nişanı azərbaycanlı iş adamının sponsorluğu ilə hazırlanıb və artıq döş nişanlarının hamısı Vəkillər Kollegiyasına hədiyyə olunub. Müəyyən kriteriyalara cavab verən vəkillər vəkillik fəaliyyətində göstərdikləri xidmətlərə görə təltif olunacaqlar”.

Qeyd edək ki, bu gün Azərbaycanda vəkil fəaliyyətinin 100 illiyi qeyd olunur.

 

Orxan