68 yaşlı qadın sirkə turşusundan öldü

Morq

Suraxanı rayonunda yaşayan 68 yaşlı Ziba Alxasova sirkə turşusundan zəhərlənməsi nəticəsində ölüb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, avqustun 18-də Suraxanı rayonunda yaşayan Ziba Alxasova evində sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş Ziba Alxasova orada ölüb.

Bir saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirdi ki, Ziba Alxasova kəskin şok vəziyyətində şöbəyə gətirilib. Amma bütün səylərə baxmayaraq onunu həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları onun intihar məqsədilə sirkə turşusu içdiyini bildiriblər.