700 bal toplayanlar burada oxuyacaq (SİYAHI)

700

İxtisas seçiminin nəticələri elan olunub.

XALQ.AZ-ın məlumatına görə, builki imtahanlarda ən yüksək nəticə göstərmiş (700 bal) abituriyentlər artıq ixtisas seçimi ediblər.

Onların seçimi aşağıdakı kimidir:

Bakıdakı “Dədə Qorqud” Liseyinin məzunu Məmməd Hacılı (I qrup): “Qafqaz Universiteti, kompüter mühəndisliyi fakültəsi”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev (II qrup): “Azərbaycan Diplomatik Akademiyası (ADA), biznesin idarəedilməsi ixtisası”.

Bakıdakı 289 nömrəli orta məktəb – “Zəngi” Liseyinin məzunu Könül Qurbanlı (I qrup): “ADA Universiteti, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası”.

Bakıdakı “Zəkalar” Liseyinin məzunu Qoşqar Qədimbəyli (II qrup): “ADA Universiteti, beynəlxalq iqtisadi münasibətlər ixtisası”.

Bakıdadakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov (I qrup): “Bakı Ali Neft Məktəbi, proseslərin avtomatlaşdırılması mühəndisliyi”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra Nəbizadə (I qrup): “Qafqaz Universiteti, kimya mühəndisliyi fakültəsini”.

Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə (IV qrup): “Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsi”.

Bakıdakı 287 nömrəli “Zəkalar” Liseyinin məzunu Nurlan Quluzadə (I qrup): “ADA Universiteti, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası”.

Ağsu şəhər 1 nömrəli tam orta məktəbin məzunu Nicat Qasımov (IV qrup): “Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsi”.

Qeyd edək ki, tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 08-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.