8 keçid salınacaq

Yol

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 8 keçid tikiləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, avtomobil yolunun 2-ci texniki dərəcəli 15 – 45 km sahəsinin əlavə iki zolaq tikilməklə, 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işləri davam etdirilir.

“Layihə üzrə 38 ədəd müxtəlif diametrli dairəvi və düzbucaqlı borunun, 1 yerüstü piyada keçidi, mal-qara və vəhşi heyvanların keçməsi üçün isə 7 keçid nəzərdə tutulub. Artıq torpaq işlərinin 85%-i yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 km məsafədə ikiqat asfalt-beton örtük döşənib. Qalan 9 km hissənin 7 km hissəsində torpaq işləri tamamlanıb, hazırda həmin sahədə yol örtüyünün dənəvər laylarının tikintisi gedir”, – deyə P. Mürsəliyev bildirib.

Qeyd edək ki, layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.