801 nəfər şəxs əfv olunub

“Artıq gözlədiyimiz Əfv Fərmanı imzalandı. Bu, Azərbaycan tarixində ən böyük Əfv Fərmanıdır”. 

Bu fikirləri  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə bildirib ki, bu dəfə 801 nəfər şəxs əfvə düşüb:

“Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş belə bir Fərmanının imzalanmasını biz artıq dünəndən gözləyirdik. Təbii ki, bu, çox humanist addımdır, həmişə alqışlanmalıdır. Kimliyindən asılı olmayaraq belə bir Əfv Fərmanının cənab Prezident tərəfindən imzalanması bütün hüquq müdafiəçiləri, o cümlədən mənim tərəfdən alqışlanır”.