81 yaşlı qadın xilas edildi

81

Bakıda 81 yaşlı qadın xilas edilib.

XALQ.AZ-ın məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, mənzildə bağlı qapı arxasında 1933-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 5-ci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar.

Xilasedicilər tərəfindən mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.