Astarada 24 ailənin yaşadığı binada yanğın olub.
Xalq.az-ın məlumatına görə, ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.