Hindistanlı cütlük Bakının ən məşhur hotellərindən sayılan “Fairmont Baku”da üç günlük toy ediblər.
XALQ.AZ xəbər verir ki, Maitili Saqar və Rohit Hubta cütlüyünün möhtəşəm toy mərasimi 4, 5 və 6 sentyabr tarixində baş tutub.
Mərasimdə 400-dən çox hindistanlı iştirak edib. Toyda qonaqları əyləndirmək üçün Hindistandan 100-ə yaxın müğənni, musiqiçi, rəqqasə xidmət göstərib.
Mərasim Hindistan adət-ənələrinə uyğun təşkil edilib.
Qeyd edilir ki, toyun “Fairmont Baku”da keçirilməsinə səbəb Alov Qüllələridir. Hindistanlılar oda sitayiş etdikləri üçün otelin görünüşü onlara alov dillərini xatırladır.
Orxan