“Azercell” mobil operatorunun internet xidmətində problem yaranıb.
XALQ.AZ xəbər verir ki, bu barədə mobil operatorun istifadəçiləri məlumat yayıb.
Məlumata görə, artıq 2 saata yaxındır ki, telefonla internetə daxil olmaq mümkün deyil.
Şirkət hələlik yaranmış problemlə bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, son aylar ərzində abonentlər “Azercell”dən kütləvi imtina edirlər.